"Sonndeyqee3” hesabıyla bağlı daha bir nəfər saxlanıldı - VİDEO
"Sonndeyqee3” adlı hesabla bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.
YPX.AZ xəbər verir ki, sözügedən hesabın istifadəçiləri ilə bağlı Nizami rayon 25-ci Polis Şöbəsinin davam etdirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində şüphəli şəxs qismində daha bir nəfər saxlanılaraq şöbəyə gətirilib.
Belə ki, həmin şəxs ötən xəbərlərdə haqqında danışdığımız “Seva” olub. “Seva”, yəni Sevda adlı azyaşlının məsələ ilə əlaqəsi olmadığı dindirilmə zamanı aydın olmuş və məsələdə şüphəli şəxs qismində saxlanılmasına, bu məsələ ilə bağlı sosial şəbəkədə həddindən artıq aktiv olmasının səbəb olduğu aydın olmuşdur. Sevda adlı azyaşlı izahatı alındıqdan sonra sərbəst buraxılmışdır.
Qeyd edək ki, “Sonndeyqee3” hesabının istifadəçiləri fərqli şəxslərə məxsus şəxsi şəkilləri, sözügedən hesabda paylaşaraq onların ünvanına təhqiredici ifadələr işlədib və həmin şəxslərə məxsus sosial şəbəkə hesablararını şəkillərin üzərinə qeyd edirdilər.
İlk saxlanılan şəxsin, yəni Abdullayeva Türkanın anası isə öz çirkin əməllərindən əl çəkmir və qızının adının çəkildiyi xəbərin yayımdan qaldırılması üçün YPX.AZ rəhbərliyini hər cür çirkin və əsassız böhtanlar atmaqda davam edir.
Bu gün YPX.AZ rəhbərliyi Abdullayeva Türkanın anası Nüşabə adlı şəxsin şikayətləri əsasında Nizami rayon 24-ci Polis Şöbəsində olarkən Abdullayeva Türkan, Nüşabə adlı şəxs və nənəsi də ora gələrək şöbənin bidasında səs-küy salaraq yenidən böhtanlar atmağa çalışmış və normal olaraq bunlar öz təsdiqini tapmamışdır. Əsasən anasının rəbərliyimizin üzərinə hücum çəkməsinin qarşısı polis əməkdaşları tərəfindən alınmış və xəbərdarlıq edilmişdir.
Biz bu məsələnin izindəyik və bu məsələ tam həllini tapmadıqca nə araşdırmalarımızdan, nə də ictimaiəti məlumatlandırmaq üçün etdiyimiz səylərdən əl çəkməyəcəyik. Bizi izləmədə qalın.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək