SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıya yağış, bu yerlərə qar yağacaq

Bakıya yağış, bu yerlərə qar yağacaq

Tarix:

9-05-2020, 13:45

/ 1 157 dəfə oxundu.
Bakıya yağış, bu yerlərə qar yağacaq

Mayın 10-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Mayın 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz 7-11 dərəcə isti olacaq.

Şərhlər

XƏBƏR LENTİ