SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DOST Agentliyi: 1 ildə 100 000 vətəndaşa “bir pəncərə”dən 132 növdə xidmət və 96 faiz vətəndaş məmnunluğu

DOST Agentliyi: 1 ildə 100 000 vətəndaşa “bir pəncərə”dən 132 növdə xidmət və 96 faiz vətəndaş məmnunluğu

Tarix:

9-05-2020, 13:26

/ 1 162 dəfə oxundu.
DOST Agentliyi: 1 ildə 100 000 vətəndaşa “bir pəncərə”dən 132 növdə xidmət və 96 faiz vətəndaş məmnunluğu

Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və onun 1 saylı DOST mərkəzinin (Səbail, Yasamal) açılışının bu gün 1 ili tamam olur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi ölkəmizdə dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verdi. DOST Azərbaycanın artıq yeni brendinə çevrilir.
DOST layihəsi üzrə bu 1 ildə 100 min vətəndaşa əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət “bir pəncərə”dən, tam şəffaf şəraitdə təqdim edildi. 96 faiz vətəndaş məmnunluğuna nail olundu. 330 mindən çox vətəndaş zəngi cavablandırıldı.
“Könüllü DOST” proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır və könüllü DOSTların sayı artıq 300-ə çatıb.
DOST mərkəzləri şəbəkəsi getdikcə genişlənir. 2019-cu ilin dekabr ayında Bakının Xəzər rayonunda 2 saylı Bakı DOST mərkəzi (Xəzər, Pirallahı) açılıb.
Yaxın günlərdə isə paytaxın Nizami rayonunda 3 saylı DOST mərkəzi açılacaq.
Bu il həmçinin Binəqədi, Abşeron, Quba və Bərdə rayonlarında, Sumqayıt şəhərində DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılmaqla, bu işlərin sürətlə aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ


Şərhlər

XƏBƏR LENTİ