SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təqaüddə olan gömrük zabitləri Səfər Mehdiyevi məhkəməyə verməyə hazırlaşır - QALMAQAL

Təqaüddə olan gömrük zabitləri Səfər Mehdiyevi məhkəməyə verməyə hazırlaşır - QALMAQAL

Tarix:

7-05-2020, 09:54

/ 2 011 dəfə oxundu.
Təqaüddə olan gömrük zabitləri Səfər Mehdiyevi məhkəməyə verməyə hazırlaşır - QALMAQAL

Ötən günlərdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin DGK əməkdaşlarının sosial problemlərinə, eləcə də xüsusi geyim formasına ayrılan vəsaitlə özü ücün 10 AA 987 dövlət nömrə nişanlı (Şassinin №-si WBAYG01080DE59654) mühərrikin həcmi 5972 sm kub olan gülləkeçirməz BMW aldığı haqqında yazmışdıq. Bunun davamı olaraq DİA.AZ-a yeni material göndərilib.

Məqalədə deyilir: "Dövlət Gömrük komitsində rəsmiləşdirmə zamanı Nazirlər Kabinetinin (İdxal-İxrac əməliyyatları üzrə gömrük rüsumunun dərəcələri haqqına 80 nömrəli 12.04.2001 saylı) qərarına əsasən xidmət haqqi tutulur. Həmin vəsait büdcədənkənar inkişaf fondunada cəmlənir.

1.“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər kabinetinin 437 saylı 17.10. 2017 tarixli

Maddə 3 Vəsaitin istifadə qaydaları

1.1. gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi;

3.1.2. gömrük işi sahəsində elmi-texniki potensialın artırılması;

3.1.3. elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılması;

3.1.4. beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsi;

3.1.5. gömrük orqanının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının pul kompensasiyasının ödənilməsi;

3.1.6. gömrük orqanları əməkdaşlarının əlavə təhsil alması;

3.1.7. daimi yaşayış sahəsinə ehtiyacı olan gömrük orqanlarının vəzifəli şəxslərinin mənzillə təmin edilməsinin maliyyələşdirilməsi;

3.1.8. gömrük orqanlarının vəzifəli şəxslərinin kollektiv və fərdi qaydada mükafatlandırılması.

Maddə 5.2 Vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə Vəzifəli şəxslər Azərbaycan respublikası Cinayət Məcəlləsinə və İnzibati Xətalar məcəlləsinə görə məsuliyyət daşıyır.

Görəsən yüz minlərlə dəyəri olan güllə kecirməz BNW ni alanda Səfər Mehdiyev fikirləşmədimi ki, bu qanunsuzdur. Necə illərdi 2800-3000 əməkdaşı olan DGK əməkdaşlarına xüsusi geyim formasi verilmir. Verilsə də yarımcıq verilir.

Gömrük Məcəlləsi

Maddə 54. Gömrük orqanlarınin vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi məişət təminatı Dövlət və sosial müdafiəsi qanunvericiliklə ödənilir.

Əsasnamə

Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Qanun

Umumi müddəalar

Maddə 4. Gömrük orqanlarına Xüsusi geyim forması pulsuz verilir

Maddə 101. Gömrük orqanlarının vəzifəli şəxslərinin sosial-məişət və tibbi təminatı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının vəsaiti hesabına həyata keçirilir

***

Səfər Mehdiyev sədr olandan Gömrük komitəsində bütün əməkdaşları məcbur edilir ki xüsusi geyim formasini öz vəsaitiniz hesabına alsinlar. Forma üçün ayrılan pullara da gülləkeçirməz BMV alınır.

Ali Baş Komandan, Cənab Prezident dəfələrlə demişdir ki, məmur xalqın qulluqçusudur. Hətta məmurların xidməti avtomobillərinə plyonka pərdə vurulmasını qadağan eləmişdi. Amma Səfər Mehdiyev işcilərin sosial problemləri Forma geyimi ücün yığılan pula özü ücün gülləkeçirməz BMW alır.

***

Dövlət Gömrük Komitəsi ƏMR № 042 tarix 03.may 2005

Azərbaycan respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasina daxil olan əşyalar və fərqlənmə (xüsusi rütbə) nişanları ilə təmin edilməsi, onlara növbəti olaraq verilən geyim formasınin əvəzinə onların dəyəri məbləgində pul kompensasiyasının hesablanması və ödənilməsi barədə

Bənd 6. Əmrin icrasina nəzarət Komitə sədrinin birinci müavini Səfər Mehdiyevə həvalə edilsin .

Göründüyü kimi hələ 2005 ci ildən xüsusu geyim formasi və ya onun əvəzində pul kompensasiyasi verilməsinə komitənin birinci müavini olduğu dövrdən Səfər Mehdiyev nəzarət edib. Bu günə kimi hec kim həmin formani almayıb alıbsa cox nadir halda nəsə verilib. Əvəzində pul veriməsi isə ümumiyyətlə verilməyib. Həmin vəsaitə Səfər Mehdiyev istədiyi istiqamətə istədiyi kimi xərcləyib. Yəni dəyəri yüz minlərlə ölcülən güllə kecirməz BNV alıb.

Maddə 3.1 Gömrük orqanlarında xidmətinə xitam verilmiş əməkdaşlara növbəti olaraq xüsusi geyim forması əvəzinə aşağıdakı hallarda pul kompensasiyasi verilir.

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş son yaş həddinə catdıqda və pensiya cixmaq hüququ verən xidmət illəri olduqda

***

Nəzərinizə çatdırıram ki, təkcə Səfər Mehdiyev sədr olandan 618 nəfər pensiyaya çıxıb. Həmin zabitlərdən hec birinə pul kompensasiyasi verilməyib.

***

Maddə 3.3 Gömrük orqanlarında xidmətinə xitam verilmiş şəxslərə pul kompensasiyasının ödənilməsi ücün maliyyə-tarif (mühasibat və uçot) şöbəsində məsul olan şöbə rəisi və ya inspektor tərəfindən xidmətinə xitam verilməsi barədə əmrə əsasən son haq-hesab aparılsın.

***

Sual olunur: Səfər Mehdiyev, 15 ildir bu ƏMR var 13 il əmrə məsul şəxs olmusan. 2 ildir komitə sədrisən, bir nəfər pensiyaya çıxan şəxslə haq-hesab aparılıbmi???.. Uzun müddət almadığı xüsusi geyim formasının pul kompensasiyasi verilibmi? Niyə Müdafiə Nazirliyi tərəfindən bu vəsait ödənilir, amma Gömrük Komitəsidə ödənilmir?

Müşavirədə deyirsiniz ki mətbuatda çıxan yazılara mətbuat şöbəsi cavab versin. Xahiş edirik suaallara cavab verilsin...

İndi bizə məlum olub ki 2019-cu ildə 5 dənə Mercedes-Bens E-350 alınmışdır".

***

Sonda məlumatı verən mənbə dia.az-a bildirir ki, yaxın günlərdə pensiyada olan gömrük əməkdaşları tərəfindən Bakı İnzibatı Məhkəməsinə İddia Ərizəsi veriləcək.

Bizi oxumağa davam edin. Növbəti yazımızda habelə Səfər Mehdiyevin avtomobil kolleksiyası barədə də faktları təqdim etməyə çalışacağıq. Eləcə də DGK sədrinin qohumlarının adina aldıqları avtomobilləri: 99XX999,. .99AA987... 10TT002... 99TT002... və s....

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Təqaüddə olan gömrük zabitləri Səfər Mehdiyevi məhkəməyə verməyə hazırlaşır - QALMAQAL



Şərhlər

XƏBƏR LENTİ