XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda bu şəxslərə 1500 manat verildi - RƏSMİ

Azərbaycanda bu şəxslərə 1500 manat verildi - RƏSMİ

Azərbaycanda bu şəxslərə 1500 manat verildi - RƏSMİ
5-05-2020, 16:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub.

Nazirlikdən verilən xəbərə görə, sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7126 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib.

Birdəfəlik maddi yardım vəsaitləri həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülüb.

Sərəncamın icrası olaraq ümumilikdə 7382 nəfər üçün birdəfəlik maddi yardımın ödənişi təmin olunub.

Xatırladaq kli, İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.