"Xəzər”dən 7 operator çıxarıldı
“Xəzər” televiziyasında kütləvi işdən çıxarılmalar davam edir...
Televiziyanın Xəbərlər və Proqramlar departamentlərindən, ümumilikdə, 7 operator çıxarılıb.
Bunlar Nicat Haqverdiyev, Sarvan Allahverdiyev, Emin, Heydər, Cabbar, Şünasib və Şahin adlı operatorlardır.
Bəzi jurnalistlərin də işdən azad ediləcəyi bildirilir.
Xatırlatma: Bir neçə gün öncə, başlayan işdən çıxarılmalar əsasən Maliyyə və Reklam departamentlərini əhatə edib. Belə ki, Maliyyə departamentinin rəisi Rəhman, baş mühasib Amil Məmmədov, Cəbrayıl Alışov və digərləri vəzifələrindən azad ediliblər. Reklam departamentinin də bəzi əməkdaşları işdən çıxarılıblar.
Qeyd: SOCAR-ın təsisçiliyi ilə yaradılan "SOCAR Media" İctimai Birliyi martın 5-də "Xəzər TV" MMC-nin təsis paylarını alıb. Sonra isə televiziyaya icraçı direktor Xalq artisti Murad Dadaşov təyin edilib. “Xəzər TV”-nin əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli olub.//Pravda.az//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?