XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Dəri fabriki sahibkarların “dərisini soyur“ - Məhkəmə işi

Dəri fabriki sahibkarların “dərisini soyur“ - Məhkəmə işi

Dəri fabriki sahibkarların “dərisini soyur“ - Məhkəmə işi
22-04-2020, 12:05

Artıq uzun müddətdir ki, bir neçə şirkət sahibi “Xırdalan Xəz” ASC-dən pullarını ala bilmir.

“Yeni Sabah”ın məlumatına görə, sahibkarlar “Xırdalan Xəz” ASC-nin əsas rəhbərlərindən olan və həmin zavodda aparılan kompleks təmir-tikinti işlərinə rəhbərlik etmiş Rəhimov Akif Şəmiddin oğluna qarşı məhkəmə iddası qaldırıb. Abşeron Rayon Məhkəməsi isə “Xırdalan Xəz” ASC-nin xeyrinə qərar çıxardıqdan sonra sahibkarlar Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər və məhkəmə prosesi baxılması üçün hakim Lətifə Məmmədovanın icraatına verilib.

Araşdırmalarımız zamanı məlum olub ki, sahibkarlar gördükləri işin müqabilində sifarişçisi Akif Rəhimovdan qabaqcadan razılaşdıqları məbləği ala bilmirlər. Onların sözlərinə görə, 2016-cı ildə başlayan təmir 2017-ci ilin ortasında başa çatıb. Elə həmin vaxtdan da onlar gördüklərin işin müqabilində pullarını tam ala bilməyiblər. Məmmədov Zamiq İnqlab oğlu həmin zavodda - fasad, yerə tametin döşənməsi, suvaq, hörgü işini görüb, ancaq 228 minlik işin müqabilində cəmi 108 min pul ala bilib.

Digər sahibkar Bağırov Hikmət isə həmin tikintidə- məhəccər, mərmər və digər aksesuar işlərini görüb. Gördüyü işin dəyəri 150 min manat oolsada bu məbləğdən 83 min manat alıb. Aslanov Xalıqverdi Tumas oğlu isə zavodun kanalizasiya və santexnik işlərini görsədə alacağı 35 min manatdan cəmi 20 min 500 manat alıb. Nağıyev Miradəm Qubad oğlu zavodda plastik və alimunium qapı-pəncərə işlərini görüb. 144 min manatdan 90 min manatını ala bilib.

Digər iş icraçısı Hətəmov Oqtay isə dam örtüyü işlərini görüb və həmin işin müqabilində almalı olduğu məbləğdən cəmi 28 mini əldə edib, 21.500 manatını isə ala bilmir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.