XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nizami rayonunda koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib

Nizami rayonunda koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib

Nizami rayonunda koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
4-04-2020, 13:12

Nizami rayonunda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara ciddi əməl olunması üçün əhali arasında Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rəhbərliyi ilə maarifləndirmə işləri gücləndirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsi və infeksiyaya yoluxma hallarının baş verməməsi üçün sakinlər arasında geniş təbliğat və maarifləndirmə işləri aparırlar.

Mobil qrupların üzvləri sakinlərlə söhbətlər aparıb, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndiriblər. Sakinlərə infeksiyanın geniş yayılmasına yol verməmək üçün şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız zərurət yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib. Həmçinin sakinlər Nazirlər Kabineti yanında Operativ Qərargahın 05 aprel 2020-ci il tarixindən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması ilə əlaqədar verdiyi qərarla da məlumatlandırılaraq, ancaq zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərmələri bildirilib.

Eyni zamanda, polis əməkdaşları səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsilə sakinlərə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı çağırışlar edirlər. Yol polisləri sürücülərlə profilaktik söhbətlər aparır, zərurət olmadan nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “Evdə qal” kampaniyasına qoşulmaq tövsiyə edirlər.

Bundan əlavə, rayon ərazisində gündəlik olaraq prospekt və küçələrdə, inzibati binalarda, çoxmənzilli yaşayış binalarının və fərdi evlərin həyətlərində, binaların pilləkən qəfəsələrində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.
Nizami rayonunda koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib





XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.