XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İcra başçısının müavini vəzifəsindən azad edildi

İcra başçısının müavini vəzifəsindən azad edildi

İcra başçısının müavini vəzifəsindən azad edildi
3-04-2020, 11:22

Gəncənin icra başçısının müavini vəzifəsindən azad edilib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalov işdən çıxarılıb.

Onun öz ərizəsi ilə vəzifədən getdiyi bildirilir.

Qeyd edək ki, M.Zeynalov 2011-ci ildən 2013-cü ilədək Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 2013-ci ildən 2015-ci ilədək Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini, 2015-ci ilin mart ayından isə icra başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsində çalışıb. Onun yerinə təyinat olmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.