"Azərbaycan Dəmir Yolları" QSC-də DEZİNFEKSİYA YEYİNTİSİ... - İDDİA
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Mötəbər mənbədən DİA.AZ-a verilən informasiyada qeyd olunur ki, son günlər bütün dünyanı sarsan koronavirus təhlükəsi ilə bağlı bu günlərdə dəmiryolu idarəsinin binasında dezinfeksiya işləri həyata keçirilsə də, quruma aid qatarlarda doğru-dürüst bu iş həyata keçirilmir.
Redaksiyamıza "Azərbaycan Dəmir Yolları" QSC-nin adının çəkilməməsini istəyən əməkdaşı bildirib ki, sözügedən qurumda dezinfeksiya işlərinə, ümumiyyətlə, koronavirus təhlükəsinə sanki dırnaqarası yanaşılır:
"Dəmir yolunun binasını xlorladılar, amma qatarlar qaldı. Binanı da bir dəfə xlorlayıblar, onun üstündən xadimələr qırx dəfə təmizlik işi aparıblar. Yəni sonrakı müddət boyunca dezinfeksiya işləri nəzərə alınmayıb. Əsas təhlükə isə qatarların durumudur. Aşkar görünür ki, burada da yeyinti faktı var. Yəni koronavirusdan dezinfeksiya adı altında pullar ayrılsa da, təyinatı üzrə xərclənməyib. Yəqin müvafiq qurumlar bu məsələ ilə bağlı Cavid Qurbanova iradlarını çatdıracaq..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək