SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İnam Kərimov deputatın bacısı qızını işdən çıxartdı – KTN-də daha bir dəyişiklik

İnam Kərimov deputatın bacısı qızını işdən çıxartdı – KTN-də daha bir dəyişiklik

Tarix:

16-03-2020, 09:09

/ 1 976 dəfə oxundu.
İnam Kərimov deputatın bacısı qızını işdən çıxartdı – KTN-də daha bir dəyişiklik

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifədən azad olunub.

Bu barədə Mia.az-a KTN-dən məlumat daxil olub.

Bildirilib ki, dünən nazir İnam Kərimov İH-nin sədri Leyla Məmmədovanı vəzifəsindən çıxarıb.

Çıxarılmanın səbəbləri haqda maraqlı məlumatlar verilib. Lakin hələlik dəqiqləşdirə bilmədiyimiz üçün yazmırıq.

Məlumatda o da bildirilib ki, Leyla Məmmədovanın, daha dəqiq, ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətləri müvəqqəti olaraq KTN-nin aparat rəhbəri Aqil Quliyevə həvalə olunub. Leyla Məmmədova isə təhvil-təslim üçün ASC-də müavin postuna keçirilib.

Bəzi iddialara görə, o, müavin postunda da uzun qalmayacaq…

Yeri gəlmişkən, Leyla Məmmədova YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızının bacısı qızıdır.

Diqqətçəkən digər nüans isə odur ki, Leyla xanım İnam Kərimov nazir təyin olunan kimi, KTN sisteminə ilk gətirilən kadrlardan biri olub…

Məlumat üçün onu qeyd edək ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı və ərzaq məhsullarını istehsalçılardan mərkəzləşdirilmiş qaydada tədarük edərək ixracını, həmçinin satınalan təşkilatların müraciətləri əsasında təchizatını həyata keçirir. ATT-nin yaranmasında əsas məqsəd ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına dəstək göstərmək və dövlət qurumlarının ərzaq tələbatını sistemli şəkildə yerli məhsullarla təmin etməkdir.

Şərhlər

XƏBƏR LENTİ