SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İlqar Məmmədovun katibəsi hər dəfə bir bəhanə ilə məni başdan edir"

“İlqar Məmmədovun katibəsi hər dəfə bir bəhanə ilə məni başdan edir"

Tarix:

13-03-2020, 14:18

/ 1 099 dəfə oxundu.
“İlqar Məmmədovun katibəsi hər dəfə bir bəhanə ilə məni başdan edir"

Ədliyyə Nazirliyi Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyini yenə də qeydiyyata almayıb.

Bu barədə Qaynarinfo-ya birliyin sədri, təcrübəli dənizçi, gəmi kapitanı, AYB üzvü, şair Faiq Balabəyli məlumat verib. O, qeyd edib ki, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi onun 4-cü müraciətinə "yox” cavabı verib:

"Bu bizim Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərdiyimiz sayca 4-cü məktubumuz idi. Qurum hər dəfə nəyisə bahanə edərək birliyi qeydiyyata almır. İdarənin əməkdaşları birliyin təqdim etdiyi sənədlərə ötəri baxır və hər dəfə də bir qüsur tapdıqlarını bəhanə edirlər. Birlik həmin qüsuru aradan qaldırıb, yenidən sənədləri idarəyə göndərir. Amma idarə əməkdaşları yenə də daha gülünc bir qüsur tapırlar. Mənə maraqlı gələn odur ki, bu idarə niyə onlara ünvanlanan müraciətlərdəki qüsurları bir-bir aşkarlayır? Beləliklə, hər dəfə müraciətimiz aylarla yubadılır və nəticədə birliyin qeydiyyata alınması yubadılır”.

Faiq Balabəyli Qeydiyyat və Notariat Baş İdarəsi ilə əlaqə saxladığını vurğulayıb:

"Martın 12-də idarənin rəisi İlqar Məmmədovla əlaqə saxladım. Katibəsi yerində olmadığını dedi. Bu günə kimi dəfələrlə onunla əlaqə saxlamaq istəmişəm. Amma İlqar Məmmədovu bir dəfə yerində tapa bilmirəm. Hər dəfə də katibəsi bir bəhanə ilə məni başdan edir. Onun müavini Mehman Soltanovun telefonunu isə ümumiyyətlə qaldıran tapılmır. Görünür, ölkə başçısının apardığı islahatlar İlqar Məmmədov və Mehman Soltanova hələ çatmayıb”.

Şərhlər

XƏBƏR LENTİ