SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mehdiyev 150 manatla gündəmə gələn kitabxana direktorunu işdən çıxardı - FOTOLAR

Mehdiyev 150 manatla gündəmə gələn kitabxana direktorunu işdən çıxardı - FOTOLAR

Tarix:

4-03-2020, 18:44

/ 1 094 dəfə oxundu.
Mehdiyev 150 manatla gündəmə gələn kitabxana direktorunu işdən çıxardı - FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

İclasda kadr məsələlərinə də baxılıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası kitabxanaya abunəlik qiymətini 150 manata qaldırıb. Bu barədə sosial şəbəkələrdə universitetin tələbələri yazaraq öz etirazlarını bildiriblər.
Mehdiyev 150 manatla gündəmə gələn kitabxana direktorunu işdən çıxardı - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ