XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Vilayət Eyvazov DİN-də bu qurumları birləşdirdi

Vilayət Eyvazov DİN-də bu qurumları birləşdirdi

Vilayət Eyvazov DİN-də bu qurumları birləşdirdi
22-02-2021, 16:42

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu nazirliyin Maliyyə-Plan İdarəsi ilə birləşdirilib. Quruma rəhbərlik isə müvəqqəti olaraq polis polkovniki Şəhriyyar Hasilova həvalə edilib.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru Sadiq Gözəlov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.