SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 1 saylı kliniki şəhər xəstəxanasında rüşvət baş alıb gedir... - İDDİA

1 saylı kliniki şəhər xəstəxanasında rüşvət baş alıb gedir... - İDDİA

Tarix:

13-04-2017, 10:27

/ 111 873 dəfə oxundu.
1 saylı kliniki şəhər xəstəxanasında rüşvət baş alıb gedir... - İDDİA

Baş həkim Ədalət Dadaşov rəhbərliyi altında 1 saylı kliniki şəhər xəstəxana (Şemoşka) qanunsuzluqlar baş alıb gedir. Vətəndaşlar bu barədə redaksiyamıza dövlət xəstəxanasındakı rüşvət tələblərinin olması ilə bağlı məlumat veriblər. Xəstəxananın 1-ci korrpusda rengen və exokordiaqrama yoxlama otaqlarında açıq rüşvət tələbləri qoyulur. Belə ki, rengen hər xəstədən 10 manat, exokordiaqrama eyni məbləğdə pul tələb edilir. Dövlət büdcəsindən maliyyələşən xəstəxanada acınacaqlı durum baş verməkdədir –deyə vətəndaş qeyd edir. Açıq şəkildə xəstələri sağlam olaraq arayış yazmağa görə rüşvət aldığı bəyan edilir. Məsələnin mahiyyəti isə 10 gün bundan öncə DHX çağrışçıların əlində olan göndərişlə xəstəxanaya daxil olmalarından sonra biabırçılıq başlayıb. Hər gələn çağrışçılardan pul tələb edən həkimlər artıq dözülməz hal yaradıblar. 1 saylı şəhər klinikasında yaşananlarla bağlı açıqlama verməkdən çəkinən baş həkim zənglərimizə cavab vermək fikrində olmadığıda məlum olub. Media nümayəndələrini ümumiyyətlə qəbul etməyən baş həkim tabeçiliyində olan həkimlərin özbaşınalığından xəbərsiz olması mümkün görsənməyən faktorlara söykənməkdədir. Bu halların hər gün təkrarlandığı isə tərəfimizdəndə aşkarlanıb ki, öz xəstəmizlə xəstəxanaya daxil olduqda vətəndaşların bildirdiyi kimi eyni hallar baş vermişdir. Məsələ ilə bağlı dəfələrlə münasibət öyrənməyə çalıma cəhdlərimiz boşa çıxdı. Nəzərə alsaqkı Paytaxdın ən böyük səhiyyə ocağı olması və bütün sahələri özündə cəmləşdirməsinə görə əhalinin bu xəstəxanaya müraciəti çoxluq təşkil etməkdədir. Hər bir müayinədən öncə isə rengen və ya exokordiaqrama edilməsi mütləq prosedurlar sırasındadır. Və burada hər bir xəstə sahibindən 10 azn hesabı ilə gündəlik yığılan maddiatın və kimə verildiyi bəli deyildir. Xəstə sahibləri sadəcə aparatların başında olan həkimləri istədiklərini qeyd edirlər. Amma burda bir rəhbərin olduğu faktoru isə xəstəxana daxilində xırda məbləğin gün sonunda böyük rüşvətə çevrildiyi açıq aydın məlumdur.

Mövzunu diqqətimizdə saxlayacağıq.

Redaksiyadan: yazıda adları qeyd edilən şəxsləri dinləyib mövqeyini dinləməyə hazırıq.
BakuNews

Şərhlər

XƏBƏR LENTİ