SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ali məktəblərə imtahan verənlər arasında kəskin azalma - Ödənişə görə

Ali məktəblərə imtahan verənlər arasında kəskin azalma - Ödənişə görə

Tarix:

12-04-2017, 16:33

/ 59 917 dəfə oxundu.
Ali məktəblərə imtahan verənlər arasında kəskin azalma - Ödənişə görə

Dünən Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-2018-ci tədris ili üçün ərizə qəbulu başa çatıb.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, əhatə dairəsinə görə Azərbaycanda ən böyük imtahan prosesi olan bakalavr səviyyəsinə qəbul imtahanlarında ilk növbədə xidmət haqlarının kəskin artması baş verib: "Bunun da nəticəsində imtahanlarda iştirak edənlərin sayında azalma oldu. Bildiyimiz kimi, 2017-2018-ci tədris ilindən etibarən ali məktəblərin I-IV qrupları üzrə abituriyentlər seçdikləri ixtisas qrupları üzrə istəklərinə uyğun olaraq iki dəfə iştirak edəcəklər.

Bu il imtahanda iştirak etmək üçün elektorn ərizəsini təstiq etmiş abituriyentlərin sayı belədir:

I qrup üzrə 27490 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 25603 nəfər);

II qrup üzrə 19641 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 18676 nəfər);

III qrup üzrə 17916 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 16752 nəfər);

IV qrup üzrə 4922 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 4621 nəfər);

V ixtisas qrupu üzrə 34153 nəfər imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq edib.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyənlərin sayı isə 36076 nəfərdir”.

Kamran Əsədov qeyd edib ki, bu il əvvəlki illərlə müqayisədə I-IV qruplar üzrə ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin azalma var: "Belə ki, 2015-ci ildə I-IV qruplar üzrə 82925 nəfər, 2016-cı ildə I-IV qruplar üzrə 78545 nəfər abituriyent imtahanda iştirak etmişdi. Bu illər arasında kəskin fərq yox idi. Amma 2017-ci il üçün 69969 nəfər elektron ərizəsini təstiq edib. Amma onların da heçdə hamısı imtahanda iştirak etməyəcək.

Qeyd edim ki, ali məktəblərə qəbul plan yeri I-IV ixtisas qrupları üzrə 40 minə yaxındır. Bu il həmən qruplar üzrə imtahanda iştirak edənlərin sayı isə 69969 nəfərdir. İmtahanda iştirak edənlərin heçdə hamısı keçid balını toplamır. Məsələn, 2015, 2016 və hətta ondan əvvəlki illərdə imtahanlarda iştirak edənlərin 60 faizə yaxını keçid balını toplaya bilməyib. Bu ildə eyni göstəricinin təkrarlanacağı danılmazdır. Belə halda böyük sayda plan yeri boş qalacaq. Bu da universitetlərin maliyyələşməsinə ciddi təsir göstərəcək”.

Ekspert vurğulayıb ki, 2016-cı ildə ali məktəblərin plan yeri 80 faiz dolub: "Bunun nəticəsində 7500 plan yeri boş qalıb. Cari ildə bu rəqəmdə ciddi artım olacağı qaçılmazdır”.

Şərhlər

XƏBƏR LENTİ