SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Üç rayonu yarıtmayan Əziz Əzizovdan prezidentə şok – Dosye

Üç rayonu yarıtmayan Əziz Əzizovdan prezidentə şok – Dosye

Tarix:

21-02-2020, 14:26

/ 847 dəfə oxundu.
Üç rayonu yarıtmayan Əziz Əzizovdan prezidentə şok – Dosye

Yerli icra hakimiyyəti orqanlarında edilən kadr dəyişiklikləri, bəzilərinin yol verdiyi nöqsanlara görə vəzifələrindən azad olunması, üç icra başçısının rüşvət faktı ilə həbs olunması əslində, digərlərinə görk olmalıydı.

Eyni zamanda baş verənlərdən sonra bəzi İH başçıları ilə bağlı yerdəyişmələrə, yəni rotasiya qaydasında təyinatlara ehtiyac yoxuydu.

Onların əvvəl işlədiyi əyalətlərdəki fəaliyyəti göz qabağındaydı, etimadı doğrultmadıqları gün kimi aydın idi, lakin yenə də bəzilərinə şans verildi.

Reportyor.info xatırladır ki, onlardan biri Cəlilabadı və Yasamalı “fəth” edən Əziz Əzizovun Suraxanıda “fətir yapması”dır. Onsuz da həmin iki rayonda fəaliyyəti Ə.Əzizova bir daha vəzifə verilməməsi üçün kifayət edirdi.

Amma onun təqdimatını siyasi rəhbərliyə verənlər inandırıblar ki, Əzizov yaxşı işləyir, bacarıqlıdır, Cəlilabadla Yasamalı abad edib, indi də Suraxanını ağ günə çıxaracaq. Zaman isə bunların sabun köpüyü olduğunu sübut etməyə başladı.

Ə.Əzizov gəldiyi vaxtdan Suraxanıda əlini ağdan araya vurmayıb. Necə ki, işlədiyi qısa bir müddətdə Yasamalda analoji xidməti göstərmişdi.

Bu gün Yasamalın problemləri olduğu kimi qalıb. Onun icra başçısı kimi adıçəkilən rayonda hansı fəaliyyəti olmuşdu ki, Suraxanıya transfer olundu?!

Və indi də Suraxanıda Ə.Əzizovun heç bir fəaliyyəti gözə dəymir. Rayonun yolları bərbad, abadlıq işləri həyata keçirilmir, binaların, məhəllələrin problemlərinin həllində irəliləyiş yoxdur, icra başçısı sakinlərin şikayətlərinə baxmır.

Bunun nəticəsidir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, AB yaşayış sahəsi, ev 127 M. 97 ünvanda yaşayan sakinlər şikayətçidirlər. Sakinlər – Hacıyeva Fəridə Şahmirzə qızı, Balallıyeva Günay İkram qızı, İmanova Nərgiz Rəsul qızı, Hacıyev Elşad Canəli oğlu, Hacı Elşən Elşad oğlu, İmanova Xırda Səlimxan qızı yaşadıqları binada qanunsuz tikintinin dayandırılmasını xahiş ediblər.

Belə ki, yaşadıqları binanın birinci mərtəbəsində iş adamlarından biri obyekt tikdirir və obyekt binanın önünü, dam örtüyü isə yaşayış binasının eyvanının qarşısını kəsib.

Şikayətçilərdən biri olan Elşad Hacıyev deyib ki, Suraxanı icra başçısı Əziz Əzizovla görüşüb: “Tapşırıq verdi ki, problemi həll edin. Amma heç kəs gəlmədi.

Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də rəsmi müraciət etdim, nəticə yoxdur, tikinti davam edir”.

Bu adi bir fakt və sübutdur ki, Ə.Əzizov sakinləri yola verir, şikayətləri araşdırmır, həmin tikintini aparan şəxslə bağlı tədbir görülmür.

Sakinləri ruhdan salmaq kimi çıxmasın, tikintinin dayanacağına ümid eləməsinlər. Çünki harada Əziz Əzizov varsa, orada rüşvətlə iş həll etmək, obyekt tikmək var. İstərsə Yeni Yasamalda binaların qarşısını kəsən tikintilər olsun, istərsə Cəlilabaddakı özbaşınalıqlar…

Bütün bunların memarı Ə.Əzizov olub və əhdinə sadiq qalaraq Suraxanıda ənənəvi idarəçiliyi davam etdirir. Bu hallar göstərir ki, prezident İH strukturlarını tamamilə təmizləməli, ən yeni, cavan, enerjili, əli rüşvətə bulaşmamış, işləməyə həvəsli kadrları irəli çəkməlidir.

Əziz Əzizov üç rayonda işlədiyi müddətdə sübut edib ki, kadr kimi yarıtmazdır, yenilikçiliyin əleyhinədir, islahatlarla ayaqlaşmır, inkişafı tormozlayan məmurdur.

Suraxanı başçısı o məmurlardandır ki, köhnə üsullarla işləməyə üstünlük verir, müasir texnologiyadan uzaqdır, dəftər-qələm hesabı ilə çalışır.

Bu rayona təyinat alar-almaz bacısı oğlunu özünə köməkçi gətirən Ə.Əzizovdan nə Suraxanı sakinləri, nə prezident və dövlət fayda görəcək.

O, özünə və yaxınlarına işləyən məmurlardandır. Belə olmasaydı, yağışlı havada kiməsə çətin tutdurmazdı…

Onun Cəlilabaddan Yasamala qədər uzanan biznes imperiyası da məhz öz mənfəəti üçün işləməyin hesabına qurulub. Ə.Əzizov nə Ağstafa, nə Neftçala, nə Yevlax başçılarının taleyini düşünüb.

Düşünsəydi, sakinlərin problemləri üçün tükünü tərpədərdi. Suraxanının Qaraçuxur, Köhnə və Yeni Günəşli qəsəbələri problemlər girdabnda boğulurlar…

REPORTYOR.info

Şərhlər

XƏBƏR LENTİ