XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Göyçayda vətəndaşın yaşadığı ev və torpaq özünün xəbəri olmadan banka girov qoyulub

Göyçayda vətəndaşın yaşadığı ev və torpaq özünün xəbəri olmadan banka girov qoyulub

Göyçayda vətəndaşın yaşadığı ev və torpaq özünün xəbəri olmadan banka girov qoyulub
12-04-2017, 11:33

Göyçay rayonunda vətəndaşın yaşadığı ev və torpaq sahəsi özünün xəbəri olmadan banka girov qoyulub.

Bu barədə müraciət edən vəkil Kənan Əliyev məlumat verib. O bildirib ki, Göyçay şəhər sakini, mərhum Gözəl Səmədova özünə məxsus 30 sot torpaq sahəsindən 3 sotunu 1990-cı ildə Zərifə Əsgərovaya satıb.

K.Əliyev iddia edir ki, Z.Əsgərova müəyyən şəxslər vasitəsilə 2010-cu ildə həmin torpaq sahəsinin 15 sotunun ona məxsus olmasə barədə sənəd hazırlatdırıb: “Bu sənəd sadəcə arayışdır və kökü yoxdur. 2010-cu ildə 15 sot torpaq sahəsini qardaşı oğlu Nurlana bağışlayıb. Biz notariusun arxivin 1990-cı ildəki alqı-satqı müqaviləsini tapdıq, orada da 3 sot torpaq satıldığı qeyd olunub. Qalan 27 sot torpaq sahəsi, üzərindəki 2 mərtəbəli evi və tövləni Gözəl Səmədova nəvəsi Kamrana vəsiyyət edib. Bu məsələnin üstü 2015-ci ildə açılıb. “AccesBank”ın əməkdaşları gələrək evə baxış keçiriblər və deyiblər ki, bu ev girov qoyularaq bankdan 20 min dollar kredit götürülüb. Nurlan Əsgərov saxta sənədlə 15 sot torpağı və evi öz adından girov qoyub. Hazırda ev bankda yüklüdür”.

Bundan sonra Səmədovlar ailəsi mübahisənin həlli üçün Göyçay rayon məhkəməsinə müraciət edib. İş icraata götürülüb və baxışa təyin edilib. Proses hakim Fərhad Əfəndiyevin sədrliyi ilə aprelin 17-də davam etdiriləcək.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dənc etməyə hazırıq.

“Qafqazinfo”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.