SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Tarix:

14-02-2020, 11:33

/ 802 dəfə oxundu.
Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyinat alıb.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər.

Şərhlər

XƏBƏR LENTİ