XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabah çətir götürməyi unutmayın - PROQNOZ

Sabah çətir götürməyi unutmayın - PROQNOZ

Sabah çətir götürməyi unutmayın - PROQNOZ
13-02-2020, 13:47

Azərbaycanda sabaha – fevralın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 774 mm civə sütünuna yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturugecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.