XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Son bir ildə 1860 məcburi köçkün özünüməşğulluq proqramı əsasında ailə təsərrüfatlarını yaradıb

Son bir ildə 1860 məcburi köçkün özünüməşğulluq proqramı əsasında ailə təsərrüfatlarını yaradıb

Son bir ildə 1860 məcburi köçkün özünüməşğulluq  proqramı əsasında ailə təsərrüfatlarını yaradıb
4-02-2020, 14:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas əhali qruplarından olan məcburi köçkünlərə də üstünlük verilir.
2019-cu ildə özünüməşğulluq proqramına cəlb edilənlərdən 1860 nəfəri məcburi köçkünlər olub.
Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb ediliblər. Təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.
Biznes-planlarını müdafiə etdikdən sonra onlara mal və materiallar formasında aktivlər təqdim edilib. Bu aktivlər hesabına həmin şəxslər ailə təsərrüfatlarını qurublar. Qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrədir.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.