XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Şirvan şəhər Parkı yenidən qurulur - Fotolar

Şirvan şəhər Parkı yenidən qurulur - Fotolar

Şirvan şəhər Parkı yenidən qurulur - Fotolar
31-01-2020, 17:45

Prezident İlham Əliyevin tikinti-quruculuq və abadlıq işləri ilə bağlı göstərişlərinə müvafiq olaraq 2020-ci ildə Şirvan şəhəri ərazisində geniş miqyaslı abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulub.

Şirvan şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə istinadən xəbər veririk ki, görüləcək işlərin bir hissəsi olaraq Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı xüsusi layihə əsasında, yüksək keyfiyyətlə və zövqlə əsaslı şəkildə yenidən qurulacaq.

Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən təklif edilən layihə əsasında yenidən qurulacaq parkın girişində əvvəllər kiçik yaşayış məskəni olan zaman Şirvan şəhərinin “Qırxçıraq” adlandırılmasını simvolizə edən 40 çıraqdan ibarət sütunların quraşdırılması nəzərdə tutulub. Parkın mərkəzi hissəsində uşaq əyləncə qurğuları, yelləncəklər, müxtəlif idman qurğuları quraşdırılacaq, mini futbol meydançası tikiləcək, park xüsusi işıqlandırma sistemi və müşahidə kameraları ilə təchiz ediləcək. Layihə əsasında parkı əhatə edən süni göl təmizlənərək genişləndiriləcək, kiçik qayıqların hərəkəti üçün su yolları inşa ediləcək. Parkda müxtəlif ağaclar və bəzək kolları əkiləcək, gül kompozisiyaları yaradılacaq, suvarma sistemi qurulacaq.

Şəhərin səs-küyündən uzaqlaşaraq istirahət etməyə imkan verəcək Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı əsl təbii park olacaq. Qeyd edilir ki, əsaslı yenidənqurma işlərindən sonra Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı şirvanlıların və qonaqların istirahət mərkəzinə çevriləcək.
Şirvan şəhər Parkı yenidən qurulur - Fotolar









XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.