SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Çindən Azərbaycana sərnişinlər gəldi, hava limanında yoxlanıldı

Çindən Azərbaycana sərnişinlər gəldi, hava limanında yoxlanıldı

Tarix:

30-01-2020, 09:28

/ 655 dəfə oxundu.
Çindən Azərbaycana sərnişinlər gəldi, hava limanında yoxlanıldı

Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda ciddi yoxlanışdan keçiriliblər.
Təyyarədən enən 85 sərnişin koronavirusla bağlı hava limanında olan həkimlər və epidemiologiya xidmət tərəfindən müayinə edilərək yoxlanılıb. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayıblar.
Eyni zamanda DSX əməkdaşları tərəfindən digər ölkələrdən təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərin onlarla təmasda olmaması üçün dövlət sərhədindən buraxılış məntəqələrinə keçmələrinə icazə verilməyib.
Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı təhlükəsizlik səbəbindən tibbi müayinədən keçdikdən sonra digər sərnişinlərin dövlət sərhədindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.
Nəticədə İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər foyedə gözləməli olublar.

Şərhlər

XƏBƏR LENTİ