XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Səhiyyə Nazirliyi ləğv olunub - İDDİA

Səhiyyə Nazirliyi ləğv olunub - İDDİA

Səhiyyə Nazirliyi ləğv olunub - İDDİA
20-01-2020, 12:57

Səhiyyə Nazirliyinin qaynar xəttində zənglərə cavab verən əməkdaşlar vətəndaşlara nazirliyin ləğv olunduğunu bildiriblər.

Bununla bağlı göstərilən səs yazısından aydın olur ki, paytaxtda it dişləyən uşağa iynə vurdurmaq istəyən valideyni xəstəxanalar (3 saylı Şəhər Klinik və Kliniki Tibbi Mərkəz) qəbul etməyib. Vətəndaş rastlaşdığı problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib. Bu zaman ona cavab verən əməkdaş bildirib ki, xəstəxanaların heç biri nazirliyin tabeliyində deyil: "Səhiyyə Nazirliyi daha o məsələlərlə məşğul olmur. Biz rəhbər deyilik. O xəstəxanalara İcbari Tibbi Sığorta Agentliyi, onun TƏBİB xidməti rəhbərlik edir". Vətəndaş "TƏBİB-də telefona cavab vermirlər, o zaman Səhiyyə Nazirliyi ləğv olunsun, biz də bilək işimizi" dedikdə isə nazirliyin artıq ləğv olunduğunu deyiblər: "Artıq ləğv olunub!"

AFN

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.