"5-6 min pul alıb universitetə işə götürürlər" — Jurnalist nazirə müraciət etdi
Şərq Qəzetinin redaktoru Ayyət Əhməd təhsil naziri Mikayıl Cabbarova müraciət edib.
Müraciətində jurnalist elm yolunda irəliləməsinə yaradılan əngəllərdən, pedaqoji fəaliyyətini davam etdirmək üçün şərait yaradılmamasından, məsələlərin rüşvət üzərindən həll edilməyə çalışıldığına diqqət çəkib.
Jurnalistin nazirə müraciətini olduğu kimi təqdim edirik:
"Elmi yolum magistratura pilləsi ilə sona çatdı… Heç bir ali təhsil müəssisəsi, konkret olaraq Azərbaycan Dillər Universiteti, Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Univesiteti və İdman Akademiyası üzümə qapı açmadılar. Halbuki, dəfələrlə Səməd Seyidovun dövründə onun, eyni zamanda xələflərinin, APİ və İdman Akademiyası rektorlarının qəbulunda olmuşam. Dil səviyyəmi ekspertlərinə yoxlatdırdılar və gözümün qabağında da müsbət rəy verildi. "Gedin sənədlərinizi Kadrlar Şöbəsinə təqdim edin, növbəti dərs ilində dəvət edəcəklər" deyərək məni sevincli halda yola saldılar. Ancaq hələ də gözləyirəm. Sonradan dəfələrlə həmin ali təhsil müəssəsinə baş çəksəm də "Yer yoxdur, dərs saatı yoxdur, ştat yoxdur" deyib əli boş geri göndərdilər.
Amma başımın üstündən 5-6 min pulunu alıb, fransız dilində cümlə qura bilməyənləri universitetə cəlb ediblər. Axı elm yolunu və ya illərimi sərf edib, öyrəndiyim bir dili tətbiq edib, daha da inkişaf etdirmək üçün bundan başqa nə etməliyəm? 2 ildir magistiraturanı bitirmişəm. Baxıram ki, fransız dilimi itirirəm. Hər ötən gün bir amil, detal passiv beynə keçir.
Cənab nazir, Sizə müraciət edirəm.
Hörmətli nazir, mən şam işığında oxuyub, bir qəpik belə olsun rüşvət vermədən magistratura pilləsini qazanmış və ixtisasına mükəmməl şəkildə yiyələnmiş bir gənc iş tapa bilmirsə, gənclərin qarşısnda bu cür maneələr varsa, gənclər elmə necə və hansı yolla gələ bilər? Mövcud durum elm yolunu davam etdirmək istəyən gəncləri rüşvətə məcbur etməkdədir".
Jurnalist Ayyət Əhməd həmçinin bu məsələ ilə bağlı ölkənin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya məktubla müraciət edəcəyini də qeyd edib.
O, həmçinin elmi fəaliyyət göstərmək istəyində qətiyyətli olduğunu bildirib və buna maneə olaraq rüşvət verməməsini səbəb göstərib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...