SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əli İnsanov Bakı meriyasına müraciət etdi - YANVARIN 25-İ QURULTAYDIR

Əli İnsanov Bakı meriyasına müraciət etdi - YANVARIN 25-İ QURULTAYDIR

Tarix:

30-12-2019, 14:16

/ 1 308 dəfə oxundu.
Əli İnsanov Bakı meriyasına müraciət etdi - YANVARIN 25-İ QURULTAYDIR

Sabiq səhiyyə naziri Əli İnsanovun liderliyi ilə yaradılan Haqq və Ədalət Partiyası qurultaya hazırlaşır.

Bu barədə Gununsesi.org-a adıçəkilən qurumun təşkilat komitəsindən bildirilib:

“Təşkilat Komitəsinin növbəti iclasında Haqq Ədalət Partiyasının təsis konfransının keçirilməsi barədə, cari məsələlərə baxılıb. Həmçinin, HƏP nizamnaməsi təşkilat komitəsinin üzvləri tərəfindən geniş müzakirə olundu, irad və təkliflər nəzərə alınmaqla partiyanın təsis konfransında müzakirə edilib, qəbul olunması üçün konfransın gündəliyinə salınması qərara alındı.

Təşkilat Komitəsinin sədri Əli İnsanov məlumat verdi ki, artıq respublikanın 30-dan artıq şəhər və rayonlarında təşkilatın yaradılması işi başa çatır və təsis konfransının 25 yanvar 2020-ci ildə Bakı şəhərində keçirilməsi qərara alındı.”

Təsis konfransının göstərilən tarixdə keçirilməsi üçün 200 (iki yüz) nəfərlik yerin ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına müraciət ünvanlandı.

Şərhlər

XƏBƏR LENTİ