XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Okuklu Holdinq"dən dövlət qurumuna İTTİHAM - QALMAQAL

"Okuklu Holdinq"dən dövlət qurumuna İTTİHAM - QALMAQAL

"Okuklu Holdinq"dən dövlət qurumuna İTTİHAM - QALMAQAL
29-12-2019, 15:21

Ötən gün Neftçala rayon Xolqarabucaq kəndində baş verən ağır yol-qəza hadisəsinin təfərrüatları məlum olub. Belə ki, rayonda fəaliyyət göstərən Okuklu Holdinq-ə məxsus “Ford Transit” markalı avtomobil yolsuzluqdan dərəyə yuvarlanıb və nəticədə şirkətə külli miqdarda ziyan dəyib. Həmin qəza nəticəsində avtomobildə olan xeyli mal-qara tələf olub.

KONKRET.az-ın araşdırmalarına görə, Xolqarabucaq kəndində fermer təsərrüfatı ilə məşğul olan türk iş adamı Yılmaz Okuklu tərəfindən dəfələrlə “Azəryolservis” ASC rəhbərliyinə fermadan bazara cəmi 2-3 km olan yolun öz vəsaiti hesabına təmiri ilə bağlı müraciətinə baxmayaraq, müsbət cavab ala bilməyib. Beləcə şirkət hər dəfə mal-qarasını bazara 50-60 kilometr məsafədən bərbad yollarla daşımaq məcburiyyətində qalıb.

Bu barədə şirkət özünün facebook səhifəsində də yazıb: “Cana gelmesin, mala gelsin. Zamanın birinde müracaat ettik, dedik ki, hürmetli “Azeryol”un rehberliyi, izin veriniz, hesabımızdan cenap Prezidentin ülkenin kent teserrüfatının inkişafina yatırım emri ile istikametlendirdiyimiz yatırımdan (fermamizdan yeni acilan) İpek yoluna yol cekelim. Dediler ki, siz gelin, bize pul verin, biz size başka km-lerce yeni yol cekek, siz ordan istifade edin. Biz bele anladık ki, bu yol kentçi için değil, çünki yeni yol zibillene biler. Bizim de km-lerce yol çekmeye imkanımız yok. Dolayısı ile yeni yol cekemedik, ölmeye mahkumuz. Ölüm ve olum arasında ise çok böyük İnkişaf ferqi var”.
Göründüyü kimi “Azəryolservis” ASC rəhbərliyinin iş adamına yaratdığı ciddi maneə sonda onun belə bir zərərlə üzləşməsinə səbəb olub.

Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında sahibkarlara geniş imkanların yaradılması zəruriliyini bildirsə də, bəzi qurumlar hələ də iş adamlarının müraciətlərinə ciddi yanaşmır.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
"Okuklu Holdinq"dən dövlət qurumuna İTTİHAM - QALMAQAL

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.