Azərbaycanda koksaki virusunun olduğu TƏSDİQLƏNDİ
Son vaxtlar Azərbaycanda əhali, xüsusilə uşaqlar arasında yeni bir xəstəlik yayılıb. Həkimlər bədəndə səpki, ishal, qusma simptomları ilə müşayiət olunan bu xəstəliyin koksaki virusu olduğunu bildirirlər.
Səhiyyə Nazirliyindən ölkədə bu virusun olduğunu təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, Azərbaycanda koksaki virusuna yoluxma halları var. Artıq bəzi şəxslərə koksaki diaqnozu qoyulub.
Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev Trend-ə bildirib ki, bu xəstəliyin diaqnozu reaktivlərlə qoyulur.
Onun sözlərinə görə, bu xəstəliyə yoluxanlar həkim nəzarəti altında müalicə olunmalıdırlar. Onlar gün ərzində çoxlu maye qəbul etməli, qidalanma zamanı meyvə-tərəvəzdən istifadəyə üstünlük verməlidirlər:
"Koksaki virusuna yoluxan bəzi şəxslərdə mədə-bağırsaq pozğunluğu da olur. Bunu da qidalanma zamanı nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, adətən, koksaki xəstəliyi yoluxanlarda yüngül keçir, onun orqanizmdə elə bir fəsadı olmur. Amma xəstə özbaşına dərman qəbul etməməli, müalicəsini həkim nəzarəti altında aparmalıdır".
Qeyd edək ki, hüceyrədaxili parazit sayılan "koksaki" virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. "Koksaki" virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək