SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakcell korporativ müştərilərə yeni tarif paketi təqdim edəcək

Bakcell korporativ müştərilərə yeni tarif paketi təqdim edəcək

Tarix:

11-12-2019, 14:36

/ 2 352 dəfə oxundu.
Bakcell korporativ müştərilərə yeni tarif paketi təqdim edəcək

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti korporativ müştərilərə yeni tarif paketi hazırlayıb...
Şirkətdən verilən məlumata görə, dekabrın 21-dən etibarən yeni nömrə əldə edən korporativ müştərilərə “Business Freedom” tarifinin əvəzinə “Business Sapphire+” tarifi təklif olunacaq.

Qeyd edək ki, “Business Freedom” tarif paketi çərçivəsində (aylıq abunə haqqı 1 manat olmaqla) müştərilərə şirkətdaxili pulsuz zənglər təklif olunurdu. Ölkədaxili bütün istiqamətlərə edilən zənglərin qiyməti isə 0,03 manat təşkil edirdi. Bu tarif planına qoşulma artıq dayandırılıb.

“Business Freedom” tarif paketindən fərqli olaraq, “Business Sapphire+” tarifində aylıq abunə haqqı 2 manat, ölkə daxilində istənilən istiqamətə edilən zənglərin qiyməti isə 0,04 manat təşkil edəcək.

Şərhlər

XƏBƏR LENTİ