Aktrisa teatr direktorunu məhkəmədə uddu - İşə bərpa olundu
Nəsimi Rayon Məhkəməsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılovanın həmin teatrın direktoru İftixar Piriyevə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.
Bu barədə “Report”a Ş.Cəbrayılovanın vəkili Gülşən Salmanova bildirib.
Onun sözlərinə görə, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ş.Cəbrayılovanın iddiası təmin edilib. O, yenidən işə bərpa olunub. Həmçinin iddianın maddi zərərlə (maddi zərər hesablanacaq) bağlı hissəsi də təmin edilib.
Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Ş.Cəbrayılova həmin teatrın direktoru İ.Piriyevi məhkəməyə verib.
Belə ki, bu il avqust ayında Ş.Cəbrayılova hamilə olan zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İ.Piriyev onu işdən azad edib.
İddiaya görə, İ.Piriyev Ş.Cəbrayılovanı hamilə olan zaman, ona əvvəlcədən məlumat vermədən işdən çıxarıb. Daha sonra teatrdan ona işdən çıxarıldığı deyiləndə Ş.Cəbrayılovanın halı pisləşib və uşağı tələf olub.
Ş.Cəbrayılova məhkəməyə müraciətində yenidən işə bərpa olunmasını, İ.Piriyevdən ona dəyən maddi və mənəvi zərərə görə 50 min manat təzminat tələb edir.
Xatırladaq ki, Ş.Cəbrayılova 2014-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. İ.Piriyev isə 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsində çalışır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...