SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ekologiya Nazirliyində qalmaqal: Müavini Muxtar Babayevdən meşələrin qırılmasını qarşısını almağı tələb etdi (FOTO)

Ekologiya Nazirliyində qalmaqal: Müavini Muxtar Babayevdən meşələrin qırılmasını qarşısını almağı tələb etdi (FOTO)

Tarix:

26-11-2019, 11:05

/ 1 339 dəfə oxundu.
Ekologiya Nazirliyində qalmaqal: Müavini Muxtar Babayevdən meşələrin qırılmasını qarşısını almağı tələb etdi (FOTO)

Son zamanlar Azərbaycanda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı ayrı-ayrı media orqanları və sosial şəbəkə istifadəçiləri həyəcan təbili çalmaqdadırlar...
Amma bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini narahat etmir, əksinə nazirlik nümayəndələrinin ölkəmizdə yaşıllıq sahələrinin qırılmasına haqq qazandırdığının şahidi olmaqdayıq.

AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, meşələrin kütləvi şəkildə qırılmasında birbaşa maraqlı tərəf elə Ekologiya Nazirliyinin əməkdaşlarıdır. Məsələn, cənub rayonlarının meşə fondunun məhv edilməsi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar da bunu təsdiqləyir. Belə ki, Masallı Regional Meşə Təsrərrüfatı Mərkəzinin rəhbəri Mustafa Əhmədov və müavini Abuturab Bağırov (Abuturab Bağırovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Departamentinin sədri Ağaqardaş Qaraşovla kirvə olduğu bildirilir – red.) ayrı-ayrı işbazlara meşələrin qırılmasına şərait yaratdığı bildirilir. Xəbər verdiyimiz kimi Masallının Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayında çınqıl karxanası açılıb. Və karxanada çınqıl satmaq üçün nəzərdə tutulmuş tərəzi də quraşdırılıb. Bütün bunlar isə sözügedən meşə dolayının ağır traktorların tırtılları altında məhv edilməsi və xarabazara çevrilməsi deməkdir.
Araşdırmalarımız zamanı məlum olub ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi çınqıl daşımaq üçün meşə ərazisinə təxminən 3,5 kilometr yol çəkib.
Bu arada qeyd edək ki, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsi də meşələrin məhv edilməsi sahəsində Masallı Regional İdarəsindən geri qalmır. İdarə müdiri Şahin Cəfərovun Lerik meşələrində öz fəaliyyəti nəticəsində bu cür acı mənzərələri addımbaşı görmək olur:
Lerik meşələrində ayrı-ayrı işbazlara kömür satmaq üçün də şərait yaradılıb.
Qeyd edək ki, Lerik meşələri ilə yuxarıda təqdim etdiyimiz görüntüləri Cəmil Əskərov adlı sosial şəbəkə istifadəçisi yayıb.

Məlumatlar göstərir ki, Lerik rayonunun Gürdəsər Meşəbəyliyinin 7 və 8 saylı meşə dolaylarında ağaclar kütləvi şəkildə məhv edilir. Sözügedən meşə dolaylarında ağacların qırılması ilə bağlı kütləvi şəkildə edilmiş şikayətlər nəticəsində Ekologiya Nazirliyinin əməkdaşları yoxlama aparmış, 4 nəfər aşağı vəzifələrdə işləyən əməkdaş işdən çıxarılmışdı. Amma bu işdə əsas günahkar şəxs olan və Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin Lerik rayonu üzrə baş mütəxəssisi Tərlan Əbilov hələ də iş başındadır. Hansı ki, adıçəkilən meşə dolaylarında dövlət ehtiyacları üçün kəsilən agaclarla bağlı AzToday.az saytı Ekologiya Nazirliyinə ciddi korrupsiya faktları təqdim edib. Belə ki, meşə işçilərinin onlarla kəsilən agaca eyni nömrələr vurulduğunu görüntülərini nazirliyə təqdim edilib.

Adıçəkilən meşə dolaylarında agacların kütləvi şəkildə qırılması dair fotoları təqdim edirik:
Bu arada AzToday.az-a daxil olan məlumatda bildirilir ki, nadir ağac növləri ilə dünyada məhşur olan cənub meşələrinin kütləvi şəkildə məhv edilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyində ciddi qalmaqala səbəb olub. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Firdovsi Əliyevin nazir Muxtar Babayevdən meşələrin kütləvi şəkildə məhv edilməsinin qarşısını almağı və günahkarların cəzalandirilmasını tələb etdiyi bildirilir. Amma görünənlər bunu deməyə əsas verir ki, Muxtar Babayevi nazirlikdə heç kim durdura bilməyəcək…

Ekologiya Nazirliyində qalmaqal: Müavini Muxtar Babayevdən meşələrin qırılmasını qarşısını almağı tələb etdi (FOTO)





















Şərhlər

XƏBƏR LENTİ