XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Təhsil naziri BDU-nun əməkdaşlarını təltif etdi

Təhsil naziri BDU-nun əməkdaşlarını təltif etdi

Təhsil naziri BDU-nun əməkdaşlarını təltif etdi
26-11-2019, 10:59

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Əmrlə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.

Təltif olunanların siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.