XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Şeyx ölkə başçısına müraciət etdi: MTK sədri olan bu qadın...

Şeyx ölkə başçısına müraciət etdi: MTK sədri olan bu qadın...

Şeyx ölkə başçısına müraciət etdi: MTK sədri olan bu qadın...
25-11-2019, 13:55

Həm ölkə Prezienti İlham Əliyev, həm də Birinci vitse-prezient Mehriban Əliyevadan xahiş edirəm ki, mənim hazırda yaşadığım evlə bağlı tədbir görülməsi üçün aidiyyəti qurumlara tapşırıq versinlər.

Bu sözləri Axar.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudov Nəsimi rayonu M.Əliyev-170 ünvanındakı mənzilində yaranmış problemlə bağlı danışarkən deyib. O, əraziyə cavabdeh olan MTK sədrinin özbaşınalığından şikayətlənib:

“Bu yaxınlarda möhtərəm Prezident mənə ev verib, amma onun təmirinə uzun vaxt lazımdır. Bura isə bizim dədə-baba evimizdir. Mən burada tək yaşamıram, qızım da, oğlum da ailəsi ilə birlikdə bu evdə yaşayır. “Efekt 2011” adlı MTK buranı guya icarəyə götürüb. 10 ildir buralara əl qoyub, tikənləri yaxına buraxmır. Bir qadın bizim taleyimizlə niyə oynamalıdır ki? Əgər işləyə bilirlərsə, buyursunlar, yoxsa, kənara çəkilsinlər”.

Xalq artisti ölkə başçısının yaşadığı ünvanla bağlı dəfələrlə göstəriş verdiyini bildirib:

“Üç dəfə cənab Prezident əlini uzadıb deyib ki, bura niyə köçürülmür? Qadın deyir ki, bura pul xərcləmişəm, milyonlar vermişəm. Bizdən icazəsiz ona necə çıxarış veriblər, bilmirəm. Çıxarışın müddəti var. İki il müddətinə çıxarış icra olunmursa, onda dayandırılır. Yalandan tikinti aparıb, sonra da yarımçıq qoyub çıxıblar. Qonşular da, biz də pis gündə yaşayırıq, başımıza yağış yağır. İt-pişiyin əlindən, küçədəki natəmizlikdən hərəkət etmək olmur.

Xahiş edirəm ki, aidiyyəti dövlət strukturları bu işlə məşğul olsunlar. Ya buranı söküb bizi köçürsünlər, ya da təmir etsinlər, yaşayaq”.

Qeyd edək ki, xalq artisti ötən gün saytımıza açıqlamasında Nəsimi rayonunda yaşadığı mənzillə bağlı problemdən danışmışdı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.