Yasamal rayonun hakimi Zəfər Quliyev qadını döyən şəxsi azadlığa buraxdı.
Həqiqət Quliyeva: “Xalqı dövlətimizdən narazı salan hakimlər haqda ölçü götürülsün”
Şirvan şəhər sakini Həqiqət Quliyeva birinci ledi, 1-ci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir. O, birinci xanıma yazdığı, surətini redaksiyamıza yolladığı məktubunda qeyd edir ki, Yasamal rayonu, Alatava massivində yaxın qohumları tərəfindən dəfələrlə – 18.01.2016 və 11.03.2016 il tarixdə amansızcasına döyülüb.
“Bu barədə nazir Ramil Usubova müraciət edəndən sonra məni amansızcasına, qəddarlıqla döyüb sağlamlığıma qəsdən xəsarət yetirənlərdən Ələmdar Nüsrət oğlu Məmmədov barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.3 maddəsi ilə cinayət işi başladı. Barəsindən həbs-qətimkan tədbiri seçildi. 3 aylıq həbs-qətimkan tədbirini seçən Yasamal rayonun hakimi Zəfər Quliyev 21 mart 2017-ci il tarixdə qeyri-iş günü olduğu halda həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Hakim Ələmdar Məmmədovu azadlığa buraxdı. Hakimdən soruşan yoxdur ki, nə baş verdi ki, cinayət işində hansı dəyişiklik oldu ki, Ələmdar Məmmədovu ev dustaqlığına buraxdın?
Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədov prokurorluğun şikayətinə baxmayıb, hakim Zəfər Quliyevin qərarını qüvvədə saxladı. Mən hər 2 hakimə müraciət edirəm: sizin həyat yoldaşınızı amansızlıqla döyən şəxsi sizin kimi hakim azadlığa buraxsaydı, hansı hissi yaşayardınız? Bu haqsızlığa dözə bilərdinizmi?
Hörmətli Mehriban xanım. Məni ölümümə döyənlərdən Rəşad Hüseyn oğlu Məmmədov və Ramil Ələmdar oğlu Məmmədov cinayət məsuliyyətinə cəlb olunmayıblar. Rəşad Hüseyn oğlu Məmmədov zabitdir. 1 il 2 aydır ki, istintaq gedir və qeyd etdiyim şəxslər izahat verməyə də gəlmirlər. Hansı qüvvə bunların arxasında dayanırsa bilmirəm. Nə qədər şikayət etsəm də əhəmiyyət verən yoxdur. Ona görə azərbaycanlı qadın kimi, ana kimi Sizdən xahiş edirəm, insan hüquq və azadlıqlarını ayaq altına atıb xalqı dövlətimizdən narazı salan hakimlər haqda ölçü götürülsün. Ədliyyə naziri Fikrət Məmmədov hakimdən izahat tələb etsin ki, hansı əsasla məni Bakının ortasında döyən və ağır cinayət törədən Ələmdar Məmmədovu ev dustaqlığına buraxıblar. Xahiş edirəm şikayətimi şəxsi nəzarətinizə götürəsiniz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...