XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıtda məskunlaşan məcburi köçkünlər QAZsız qalıb - Sakinlər Bakı-Rastov magistralını bağlayacaqlarını deyir(VİDEO)

Sumqayıtda məskunlaşan məcburi köçkünlər QAZsız qalıb - Sakinlər Bakı-Rastov magistralını bağlayacaqlarını deyir(VİDEO)

Sumqayıtda məskunlaşan məcburi köçkünlər QAZsız qalıb - Sakinlər Bakı-Rastov magistralını bağlayacaqlarını deyir(VİDEO)
21-11-2019, 12:54

Qaz idarəsindən şikayətçilərə məsləhət: "Gedin xarici səfirliklərdən qaz tələb edin"
İXA.az xəbər verir ki, Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi, Yasma bağları adlanan ərazidə məskunlaşan məcburi köçkünlər qaz təcizatından şikayətçidirlər.

Bildirirlir ki, , adı çəkilən ərazi həm mövsümü, həm də daimi yaşayış üçün nəzərdə tutulub. Daimi yaşayayanlar əsasən işğal altında olan torpaqlardan didərgin düşmüş vətəndaşlardır. Həmçinin şikayətçilər “çörək pulu” adı ilə verilən kompensasiyadan əlavə heç bir imtiyazdan istifadə etmədiklərini də bildiriblər.

Sakinlərin deməsinə görə, cəmi 4 məhlədə qaz yoxdur. Qaz çəkilişi üçün aidiyyatı qurumlara müraciət edilsə də, onlara verilən cavab onların imkanları xaricindədir. Sumqayıt qaz idarəsindən onlara bildirilib ki, qaz çəkilişi ilə podratçı şirkət məşğul olur, həmin şirkət isə qaz çəkilməsi üçün 4000-4500 manat tələb edib.

Ərazidə məşjunlaşan sakinlər şikayətə getdiyi zaman, “gedin qazı Fransa, Amerika səfirliyindən istəyin” tövsiyəsi də verilib. Sakinlər magistral yolu bağlamaqla etirz aksiyası keçirəcəklərini də dilə gətiriblər.

Məsələ ilə bağlı Sumqayıt Qaz İstismarı İdarəsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Daha döğrusu telefonlara cavb verən olmadı. Buna baxmayaraq qarşı tərəf kimi münasibət bildirmək imkanları saxlanılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.