Nazirlik “Gilan Holding”i məhkəməyə verdi
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Gilan Holding” MMC-ni məhkəməyə verib.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nazirlik şirkətin “Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair iddia tələbi sürüb.
İddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda 13 noyabr 2019-cu il tarixdə daxil olub.
Məhkəmə iddia ərizəsi üzrə materialları yoxlayaraq hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.
Belə ki, məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, iddia ərizəsi məhkəməyə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən geri qaytarılmalıdır.
Qeyd edək ki, “Gilan Holding” MMC Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsusdur. Şirkəti isə nazirin oğlu Tale Heydərov idarə edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...