XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB

Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB

Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB
3-04-2017, 16:47

"Azərbaycan Respublikasında 1995-1998-ci illlərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq Dövlət Əmlak Komitəsinin 2 mart 1998-ci il tarixli 378 saylı sərəncamı ilə "Azərkəndtikinti" Dövlət Şirkətinin Beyləqan Kənd Tikinti Birliyinin bazasında "Beyləqan Kənd Tikinti" ASC yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyətçisi dəyişdirilmişdir". Sorğumuza cavab verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun imzası ilə redaksiyamıza daxil olmuş məktubda belə yazılıb. Sonolay.org saytı bu müəssisənin təşkilati-hüquqi forması və mülkiyyətçisi haqda əvvəllər də məlumat toplamağa çalışmış və aidiyyati instansiyadan rəsmi cavab almışdır ki, hərracdadır. Hərçənd, həmin məktublarda faktiki mülkiyyətçi barədə məlumat verilməyib. Odur ki, müəssisənin tam hüququ olmadan böyük səlahiyyətlərə malik sahibinin kimliyi barədə özəl araşdırmalarımızın nəticələrini oxucularla bölüşməyi qərara aldıq.
Sözügedən müəssisə əvvəllər el içində "Səfər Quliyevin qarajı" adı ilə tanınıb. Burada kənd təsərrüfütı texnikası, maşın - mexanizmləri saxlanılıb. Sabiq rəhbər Səfər Qara oğlu Quliyev indi yaşı 80-i ötmüş qoca və əlildir. Təbiidir ki, tərtib olunmuş Özəlləşdirmə Planına (Emissiya Prospektinə) uyğun olaraq müəssisə özəlləşdirilməyə çıxarılanda qanuna müvafiq surətdə, səhmlər ilk növbədə onun rəhbəri də başda olmaqla, kollektiv üzvlərinə təklif olunur, başqa namizədlərlə müqayisədə onlara üstünlük verilir. Bu nöqteyi-nəzərdən, Səfər Quliyev də səhmdarlardan biridir. Amma ümumi səhm paketində onun nə qədər paya sahib olduğu və bu payın ona mülkiyyət üzərində sərəncamvericilik hüququ verəcək qədər həcmdə olub-olmaması barədə dəqiq məlumat yoxdur. O hətta imtiyazlı səhmə malik olsa da belə, "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa görə belə səhmlərin ümumi məbləği cəmiyyətin nizamnamə fondunun 10 faizindən çox ola bilməz. Faktiki vəziyyət isə belədir ki, Səfər Quliyev səhmdarların ümumi yığıncağını çağırmadan təkbaşına qərar verərək, müəssisənin əmlakını, texnikasını, maşın-mexanizmlərinin təmirinə xidmət etmiş boksları, hətta daş piltələri belə söküb dəyər-dəyməzinə satmaqla korrupsiya cinayətinə imza atmışdır. Güman edirik ki, baş prokurorluq və aidiyyəti üzrə səlahiyyətli qurumla Səfər Quluyevin dövlət əmlakını talamaqla varlanması faktını araşdıracaq və barəsində ciddi tədbirlər görəcəklər. Bu yerdə onu da xatırlatmağa dəyər ki, hələ 3 il bundan əvvəl bu müəssisənin ərazisində söküntü işi aparılarkən 9 yaşlı uşaq beton piltənin altında qalaraq can verdi. Lakin cavabdeh şəxslər məsuliyyətdən kənarda qalmağı bacardılar.
O da məlumdur ki, bu talançılığı Səfər Quliyevin oğlu Rəvan Quliyev həyata keçirib. Satışdan əldə etdiyi gəlirdən də digər səhm sahiblərinə devident ödəməyib.
Tam özəllləşdirmə dedikdə əmlak sırasına təkcə maşın-mexanizmlər, avadanlıq, inventar deyil, ən əsasa vəsait sayılan ərazi - torpaq sahəsinin özəlləşdirilməsi də başa düşülür. Bu prosesdə tərtib olunmalı əsas sənədlərdən sayılan Emissiya Prospektində müəssisə ərazisindəki tikililərin konkret sayı göstərilir. Torpağa da Şəhadətnamə verilir və hansı sahənin satın alındığı dəqiq koordinatlarla göstərilir. Öyrənmişik ki, Quliyevlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olan həmin ərazini də çoxdandı satmağa başlayıblar. Acgözlükləri o həddə çatıb ki, həmin ərazidə taleyin acı hökmü ilə məskunlaşmaq zorunda qalmış məcburi köçkünü oradan uzaqlaşdırmaq üçün iddia qaldırıblar. Onların bu qanunsuz əməllərinə ƏMDK-nin ərazi idarəsinin rəisi Aydın Ramazanov göz yumub. Yəqin ki, təmənna qarşılığında. Bu yerdə yada salmağa dəyər ki, A. Ramazanov rəhbərlik etdiyi qurumun nəzarətində olan "Dostluq" qoyuinçuluq təsərrüfatının da ərazisinin qəsb olunmasına rəvac vermişdi.
Səfər və Rəvan Quliyevlərin qanunsuz əməllərinə Aydın Ramazanov "xeyir-dua", qardaşı - Beyləqan Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev isə öz nüfuzundan istifadə edərək mənəvi dəstək verib.
Hesab edirik ki, bu sadaladığımız cinayətlər və cinayətə bərabər qanunsuzluqlar hüquq müstəvisində ciddi araşdırılmalı, ƏMDK və hüquq-mühafizə orqanları bizim iştirakımızla yerində baxış keçirməlidirlər. Xatırladaq ki, bizim bu istəyimiz də məhz "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa istinadlıdır. Qanuna görə, ASC Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il öz fəaliyyəti barədə KİV-də məlumat dərc etdirməlidir. Quliyev və onunla bərabər "Beyləqankəndtikinti" ASC isə həmişə mətbuatdan kənar olmuşlar.

Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB
Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB
Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB
Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB
Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB
Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB
Səfər Quliyevlərin korrupsiya cinayətləri niyə araşdırılmır?..-“BEYLƏQANKƏNDTİKİNTİ” ASC-DƏ DÖVLƏT ƏMLAKI TALAN EDİLİB

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.