SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ramana sakinlərindən etiraz: - Zibil qutularını əvvəlki yerinə qaytarsınlar

Ramana sakinlərindən etiraz: - Zibil qutularını əvvəlki yerinə qaytarsınlar

Tarix:

7-11-2019, 16:57

/ 977 dəfə oxundu.
Ramana sakinlərindən etiraz: - Zibil qutularını əvvəlki yerinə qaytarsınlar

Bakının Sabunçu rayonu ərazisində yerləşən Yeni Ramana qəsəbə sakinləri etiraz edir.

Musavat.com xəbər verir ki, qəsəbə sakinləri zibil qutularının yerinin dəyişdirilməsindən narazıdır. Sakinlər müvafiq qurumlardan kömək ala bilməyincə, məsələni ictimailəşdirmək üçün Musavat.com-a müraciət ediblər.

Qəsəbə sakinlərinin sözlərinə görə, zibil qutuları ötən il həmin ərazidə çoxlu sayda yük maşınlarının hərəkətinə görə yol kənarından uzaqlaşdırılıb. Ötən il həmin yoldan istifadə edən çoxlu sayda yük maşınları asfalt yol örtüyünü də dağıtmışdı. Həmin yoldan istifadə edərək torpaq daşıyan yük maşınlarının işi bitdikdən sonra asfalt örtüyü bərpa olunsa da əhalinin “zibil qutuları” problemi olduğu kimi qalır.

Qəsəbə sakini Mahmud Əliyev yağmurlu havaların başlaması ilə zibil atma probleminin yenidən yarandığını bildirib: “Keçən il bu ərazidə yük maşınları torpaq daşıyırdılar. Asfaltı dağıdıb yararsız hala salmışdılar. Sağ olsunlar, iş bitdikdən sonra qəsəbənin asfalt örtüyünü yenidən bərpa etdilər. Lakin zibil qutularını əvvəlki yerinə qaytarıb qoymurlar. Nəticədə insanlar meşəlik əraziyə girə bilmədiyi üçün zibili yol kənarına atır. Gecə vaxtı da sahibsiz küçə itləri bu zibili eşələyərək yola dağıdır. Bu problemin tez bir zamanda aradan qaldırılmasını xahiş edirik.
Qəsəbə sakinləri arasında narazı olan təkcə piyadala deyil avtomobil sürücüləri də var".

Yeni Ramana sakini Aftandil Kərimov da zibil qutusunun yol kənarından uzaqlaşdırılmasından şikayətçidir: “Bu problemə ciddi yanaşmırlar. Amma əhali üçün eləcə də mənim üçün olduqca vacib məsələdir. Mən hər gün avtomobillə işə gedərkən rahat şəkildə yol kənarında dayanıb zibili atırdım. Ötən zibil qutuları yol kənarından uzaqlaşdırıb meşəlik əraziyə yerləşdirdilər. İsti aylarda problem deyil, yer quru olur rahat şəkildə gedib zibili ata bilirik. Lakin yağmurlu aylarda əziyyət çəkirik. Mən ora girib zibil atmaq üçün avtomobilin bütün təkərli ayaqqabım palçıq olur. Bu halda biz işə gedirik. Bu cür xoşagəlməz hal heç kimə xoş deyil. Xahiş edirik zibil qutularını əvvəlki yerinə qoysunlar".

Məsələ ilə bağlı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Musavat.com-a bildirildi ki, şikayət əsasında sakinlərin istəyi nəzərə alınacaq. Yaxın günlər ərzində sözü gedən zibil qutularının əvvəlki yerinə qaytarılacağı haqqında lazımı göstərişlərin veriləcəyini bildirdilər.

Şərhlər

XƏBƏR LENTİ