""Unibank" filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və vaxtını növbələrdə çürüdəsən..." - GİLEY
Mürvət Rəhmli adlı şəxs Unibank-dan şikayət edib.
Şikayəti olduğu kimi təqdim edirik:
"Şikayətim Unibank-dandır və informasiya xarakterlidir. Əgər biznes sahibisinizsə və ya VÖEN ə bağlı biznes kart açmaq lazımdırsa, qəti şəkildə Unibank-dan uzaq durun. Səbəb: Ən sadə köçürmə üçün belə mütləq işi gücü atıb hər dəfə filiallarına getməyə borclu olacaqsız.Ölkə xaricində olanlara ümumiyyətlə ağlamalı vəziyyətdi. Siz işdəsiz və xidmət göstərirsiz, müqavilələr bağlayırsız amma ödəniş etmək üçün hər şeyi atıb Unibank filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və vaxtını növbələrdə çürüdəsən. Mobil proqram, İnternet banking, biznes sahiblərinə 10 dəq də xidmət və s. reklam şüarlarına inanmayın. Hal-hazırda fakt budur. Mən də indi qarşı şirkətə ödəniş etməliyəm və bunun üçün 600km yol gedib gəlməliyəm Unibank filialı tapmaq üçün". //365.az/

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək