SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hacıbala Abutalıbovun icazə verdiyi tikintini Eldar Əzizov sökür - Dəyən zərərin məsuliyyəti kimin üzərinə düşür?

Hacıbala Abutalıbovun icazə verdiyi tikintini Eldar Əzizov sökür - Dəyən zərərin məsuliyyəti kimin üzərinə düşür?

Tarix:

29-10-2019, 17:57

/ 948 dəfə oxundu.
Hacıbala Abutalıbovun icazə verdiyi tikintini Eldar Əzizov sökür - Dəyən zərərin məsuliyyəti kimin üzərinə düşür?

Bakı Şəhər İcra Hakimiyyəti Nəsmi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinın dayandırılması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayımlanıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar.
Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif

Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.

Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Bunu tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş sərəncam ləğv edilib.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.

Qeyd edək ki, həmin vaxt Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub.

Ölkəmizdə bu cür faktlara çox rast gəlinir. Nəinki bir binanın, bəzən böyük bir yaşayış massivinin qanunsuz inşa edildiyi üzə çıxır. Bunun ziyanını isə bir çox hallarda halal pulu ilə mənzil alan vətəndaşlar çəkir.

Bu halda çəkilən xərcin, dəyən maddi ziyanın məsuliyyətini kim daşıyır?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər hansısa sərəncam qanunauyğun olaraq verilibsə, bunun məsuliyyət həmin sərəncamı imzalayan məmurun üzərinə düşür:

“Burada şirkətin və ya vətəndaşın heç bir günahı yoxdur. Həmin sənədə möhür vurulur. Möhür isə dövləti təmsil edir. Məmur bütün ziyanları ödəməlidir. Bu cür problem yalnız məktəblə bağlı yaranmayıb. Bələdiyyələrlə, icra hakimiyyətləri ilə bağlı belə problemlər yaranır. Əgər şirkət qanuni sənədləri əlinə almamış tikintiyə başlayırsa, onda o da məmurla yanaşı məsuliyyət daşıyır. Təbii ki, çoxmərtəbəli binanın tikintisinin icazəsiz olaraq başlanması mümkün deyil”.

Məktəb ərazilərinin satılmasının qadağan olunduğunu xatırladan iqtisadçı, bu qadağaya əhəmiyyət verilmədiyini də qeyd etdi.

Şərhlər

XƏBƏR LENTİ