SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda məktəbin stadionu hasarlanıb, bina tikilir - VİDEO

Bakıda məktəbin stadionu hasarlanıb, bina tikilir - VİDEO

Tarix:

24-10-2019, 12:28

/ 1 270 dəfə oxundu.
Bakıda məktəbin stadionu hasarlanıb, bina tikilir - VİDEO

Bakıda məktəbin stadionunda bina tikilir. Hətta stadionun müəyyən hissəsi hasara alınıb.

Söhbət Nəsimi rayonu, Abdulla Şaiq adına 54 nömrəli məktəbdən gedir.

Məktəbin stadionunda bir neçə müddətdir ki, bir tikinti şirkəti tərəfindən işlər başlanıb. Bu isə öz növbəsində məktəb rəhbərliyinin və orda təhsil alanların narazılığına səbəb olub.

Məktəb direktoru Sahibə Abbasova deyib ki, bununla bağlı tikinti şirkəti ilə nə qədər danışıq aparmaq istəsələr də, nəticəsiz qalıb.

Vəziyyətdən ən çox əziyyət çəkən isə məktəbin şagirdləridir.
Məsələ ilə bağlı tikinti aparan şirkətin nümayəndələri ilə görüşdük. Bildirildi ki, onlar burada 1 bloklu, 10 mərtəbəli binanın tikintisi işlərinə başlayıblar və bunun üçün aidiyyəti orqanlardan bütün sənədləri alıblar. Dediklərinə görə, apardıqları iş qanunsuz deyil və harasa əlavə müdaxilə etmirlər.

Məktəb rəhbərliyi isə lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şərhlər

XƏBƏR LENTİ