Özü Balakən bələdiyyə üzvü, 10 manalıq şirkəti Quba qeydiyyatı... - KTN-də 15 ha ərazi üçün 1.3 milyonluq tender
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu "Parlaq Ting A.T” MMC ilə 1 milyon 245 min manatlıq müqavilə imzalayıb.
"Yeni Sabah”a istinadla xəbər veririk ki, müqavilə 15 hektar müasir bağ sahəsindəTelli tərbiyə, Dolu və günəşdən qoruma, Damla suvarma və erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün nəzərdə tutulub.
Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, "Parlaq Ting A.T” 7 iyul 2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı əvvəllər Quba rayonu, Quba şəhəri, Zərdabi küçəsi, ev Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu olub(Mənbə: "Vergilər” qəzetinin 11 oktyabr 2017-ci il tarixli 39 (401) saylı xüsusi buraxılışı).
Sonradan MMC Quba rayonunun İqriq kəndinə köçüb. Hazırda Vergilər Nazirliyinin reystr məlumatlarında "Parlaq Ting A.T” MMC-nin hüquqi ünvanı İqriq kəndi göstərilir.
MMC-nin qanuni təmsilçisi isə Orucov Nasrullah Bayram oğludur.
Apardığımız araşdırmalar zamanı bəlli olub ki, Nasrullah Orucov Balakən bələdiyyəsinin üzvüdür. O, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində 2313 səslə qalib gəlib.
Nasrullah Orucov və "Parlaq Ting A.T” MMC barədə açıq mənbələrdə bundan başqa hər hansı məlumat yoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək