SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tanınmış ekspert hemodializ mərkəzinin acınacaqlı vəziyyətindən yazdı - FOTOLAR

Tanınmış ekspert hemodializ mərkəzinin acınacaqlı vəziyyətindən yazdı - FOTOLAR

Tarix:

8-10-2019, 00:41

/ 867 dəfə oxundu.
Tanınmış ekspert hemodializ mərkəzinin acınacaqlı vəziyyətindən yazdı - FOTOLAR

Azərbaycan sığorta bazarının məhşur simalarından biri Xəyal Məmmədxanlı Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin hemodializ şöbəsi ilə bağlı dəhşətli faktlar səsləndirib.


Xəyal Məmmədxanlının sosial şəbəkədə yayımladığı məqaləni təqdim edirik

"Deməli mənim hesablamama görə Azərbaycanda təxminən 2000 ə yaxın transplant xəstə var. Son 5 ildə 1000 xəstəyə müxtəlif orqanlar köçürülüb - əsasən də böyrək və qaraciyər. Azərbaycanda bu işi ustalıqla yerinə yetirən gözəl həkimlərimiz də var, xəstəxanalarımız da. Sağolsun, dövlət də belə əməliyyatlara və xəstələrə xeyli güzəştlər nəzərdə tutub. Bura qədər hər şey normal görünür.

Gələk güzəştlərdən istifadə məsələsinə, xüsusilə də dərman təminatı məsələsinə. Transplant xəstələrə bir neçə dərman dövlət hesabına verilir, onların satışı qadağandır. Xəstələr ayda bir dəfə Kliniki Tibbi Mərkəzin (Semaşko) ərazisində yerləşən hemodializ mərkəzinə gələrək ordan dərmanlarını götürürlər. Dərmanlar həftənin 5 günü hər gün saat 09-00 dan 15-00 dək verilir. Birinci şəkildə (qadının əyləşdiyi) görünən 5 m2 lik otaq gözləmə otağıdır.

İçəridə isə bir xanım əyləşib və dərmanları o verir. İkinci və üçüncü şəkildəkilər isə səhər saat 7 dən orda dərman növbəsi gözləyən insanlardır. Gün ərzində təxminən 70-80 insan dəftərdə növbəyə yazılır, növbə isə 3 saata çatır təxminən. Onlarla insanın saat 15:00-a qədər növbəsi çatmadığına görə gedib, ertəsi gün bir daha gəlir və eyni məşəqqəti yenə də yaşayır. Dərmanların verildiyi otaqda bütün qeydiyyat dədə-baba dəftərlərində yazılır. Siz dərman götürdüyünüz tarixi bilmirsinizsə, bütün dəftəri bir-bir vərəqləyirlər ta ki adınızı tapana qədər. Gələnlərin böyük əksəriyyəti rayonlardan gələnlərdir, o cümlədən Tovuzdan, Qazaxdan, Şəmkirdən. Hətta Tovuzlu bir idman müəllimi dedi ki, dərman götürmək üçün 2 dəfə işi buraxmalı olub və ona görə onu məktəbdəki müəllim işindən çıxardıblar. Məlumat üçün nəzərinizə çatdırım ki, transplant xəstələr müəyyən saatlarda (dəqiq dəqiqə ilə) dərmanlar içməlidirlər. Otaqda bir stəkan su da qoyulmayıb ki, dərman içənlər və ya istinin altında halı xarab olanlar su içsin.

Hörmətli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi!
Bu qədər çətindirmi, 1000 adamı normal bir şəkildə dərmanla təmin etmək? Bu qədər çətindirmi, 100 m2 bir ərazini sivil qaydada təmir edib, gözləmə otağı və adam kimi növbə sistemi qurmaq? Bu qədər çətindirmi, bir dispenser qoyub insanlara dərman içmək üçün bir stəkan su vermək? Bu qədər çətindirmi, içəridəki kağız-kuğuz işini normal kompüter avadanlıqlarına keçirmək, insanlara tarixçələri olan bir kart vermək? Bu qədər çətindirmi, içəridə təkbaşına işləyən və insanlarla münasibətləri heç də normal olmayan xanımın yanına 2-3 nəfər əlavə etmək ki, insanlar saatlarla növbə gözləməsinlər? Nəhayət, bu qədər çətindirmi, insanlara dərmanları onların qeydiyyatda olduqları rayonun poliklinikalarında çatdırmaq?
Axı bu insanlar yazıqdır... Nədir insanlara olan münasibətiniz? Nə düşünürsünüz?




Şərhlər

XƏBƏR LENTİ