Aprel döyüşçüsü Mübariz Mənsimovdan kömək istədi - VİDEO
Ehtiyatda olan baş gizir, Aprel döyüşlərinin iştirakçısı, Qarabağ əlili Arzumanov Elşən Balaxan oğlu Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimova müraciət edib.
Qazi müalicəsi üçün iş adamından kömək istəyib:
"Aprel döyüşləri zamanı aldığım kəllə-beyin travması, baş beyin silkələnməsinə görə sinir damarının zədələnməsi nəticəsində ayaqlarımda və gözlərimdə problemlər yaradıb. Günü-gündən səhhətimdə çətinliklər yaranıb. Yaşam tərzim ağırlaşıb. Dövlət qurumlarına etdiyim müraciətlərə cavab ala bilmirəm. Buna görə Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova müraciət edərək xahiş edirəm ki, mənim müalicəmə kömək etsin. Mən eşitdiyimə görə o mənim kimi döyüşçülərə önəm verdiyi üçün köməyini əsirgəmir. 4 övladım var, özüm kirayədə yaşayıram. İstəyirəm 2 oğlumu sağlam şəkildə əsgər yola salım."

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək