"RESPUBLİKANSKİ” XƏSTƏXANA XƏSTƏNİ QƏBUL ETMƏK İSTƏMƏDİ
Bu Gün Bakıda, M.Mirqasımov Adına Respublika Klinik Xəstəxanasının Qarşısında Insident Yaşanıb. Bizimyol.Info Xəbər Verir Ki, Xəstəxana Işçiləri Səhiyyə Ocağının Qarşısında Qalan Bir Xəstəni Qəbul Etməkdən Imtina Ediblər. Hadisə Şahidi Olan Izləyicimizin Bizimyol.Info-Ya Verdiyi Məlumata Görə, Ətrafdakı Insanlar Baş Verənlərə Laqeyd Qalmayaraq, Xəstəxananın Qarşısına Toplaşıblar. Etiraz Edən Insanlar Xəstəxana Rəhbərliyindən Cavab Tələb Etdikdə, Rəhbərliyin Nümayəndələri Və Həkimlər Gizlənərək, Çölə Çıxmaq Istəməyiblər. Dəqiqələrlə Sürən Israr Və Təkid Nəticəsində Xəstəxana Xəstəni Qəbul Etməyə Məcbr Olub. Xəstənin Həqiqətən Qəbul Edildiyini, Ümumiyyətlə Nə Üçün Belə Bir Problem Yaradıldığını Xəstəxana Rəhbərliyindən Soruşmaq Istədik. Zəngləriməzə Qəbul Şöbəsindən Cavab Verildi. Xəttin O Biri Başındakı Qadın Nə Növbətçi Həkimin, Nə Də Digər Həkimlərin Xəstəxanda Olmadığınıp, Baş Həkimin Isə Guya Səhiyyə Nazirliyin Getdiyini Söylədi. Bütün Suallarımıza Başdansovdu Cavab Verən Qəbul Şöbəsinə “Bu Barədə Xəbər Yazacağıq , Mövqeyinizi Öyrənmək Istəyirik” Deyəndə Isə “Nə Bilirsiniz Edin, Nə Istəyirsiniz Yazın” Dedi. Görünür Bu Xəstəxanda Hər Kəs Nə Bilirsə Edir, Hərə Istədyi Işlə Məşğuldur Deyə Məsələnin Ciddiyyətini Anlamırlar. Dövlət Xəstəxanası Qapısının Qarşısında Çarəsiz Vəziyyətdə Dayanmış Xəstəni Qəbul Etmirsə Ən Azından Elə Dövlətinin Adına, Səhiyyə Sisteminə Ləkə Vurmuş Olur. Məsələni Araşdırmağa Davam Edəcəyik.
Bizimyol.Info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək