DBX bazarda aşkarlanan bu "eşşək əti"nin satışına icazə verdi - ŞOK AÇIQLAMA
Bakının 8-ci kilometr bazarında leş ətlərin satışının əks olunduğu video görüntülərlə bağlı Dövlət Baytarlıq Xidməti növbbəti dəfə açıqlama verib.
DBX-nın mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bu barədə bildirib ki, sözü gedən məlumat yayıldıqdan sonara rəhbərliyin göstərişi ilə dərhal yoxlama aparılıb və nəticələri də məlumdur:
"Sözü gedən ətlər tələb olunan qaydalara uyğun avtomobillə daşınmayıb. Heyvan ətləri Nərimanov rayonundan (Montində) kəsim məntəqəsindən gətirilib. Hamısı baytarlıq laboratoriyasından keçmiş iri və xırda buynuzlu heyvan ətləri olub. Ətin tərkibində insan sağlamlığına zərər verə biləcək maddələr aşkarlanmayıb. Buna görə də, sözü gedən ətlərin satışına da icazə verilib”.
Baytarlıq rəsmisi vurğulayıb ki, kəsilmiş ətlərin daşınması üçün xüsusi avtomobillər olmalıdır:
"Təəssüf ki, ətlər sanitar qaydalara uyğun olmayan avtomobillə bazara gətirilib. Bazar rəhbərliyinə və satışı həyata keçirən sahibkara belə bir halın təkrarlanmaması ilə bağlı xüsusi xəbərdarlıq edilib”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...