Novxanıdakı ictimai çimərlikdə ödəniş tələb olunur - GİLEY
Novxanıda yerləşən ictimai çimərlikdə vətəndaşlardan ödəniş tələb olunur.
Bu barədə “Sherg.az”a paytaxt sakini İmanov Əlizamin Yusif oğlu məlumat verib.
Şikayətçi ictimai çimərlik olmasına baxmayaraq ondan israrla pul tələb edildiyini bildirib:
“Dünən getdiyimiz Novxanı ictimai çimərliyində bir nəfər yaxınlaşıb ödəniş etməli olduğumuzu dedi. Həmin şəxsə çimərliyin ictimai olduğunu dedim və nə üçün pul verəcəyimizi soruşdum. Lakin həmin şəxs təkidlə pul verməli olduğumuzu bildirdi. Məcbur olub istədiyi məbləği verdik. Əvvəlcə pulu vermək istəmirdik. Lakin ödənişi tələb edən cavan oğlan Fövqaladə Hallar Nazirliyində kadrlar şöbəsində çalışdığını bildirdi. Həmin adama dedim ki, qanunvericiliyə görə, ictimai çimərliklər pulsuzdur. Cavabında isə bildirdi ki, buranın sahibi mənəm və heç kəs mənə artıq söz deyə bilməz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək