Bakıda köşklər və obyektlər yuyulur - FOTO
Paytaxtımız Bakı şəhərinin daha da gözəlləşməsi, buradakı parklar, bağlar, istirahət yerlərində sakinlərimiz və şəhərimizin çoxsaylı qonaqları üçün lazımı şəraitin yaradılması, şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımı səliqə-səhmanın yaradılması, ərazidə sanitaq-gigiyenik normalara riayət olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən müvafiq işlər həyata keçirilıir.
Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılib, obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərimizin zövqünü oxşaması üçün tədbirlər görülür.
Eyni zamanda paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməcliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır.
Bu istiqamətdə aparılan işlər davam etdirilir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək