SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Eldar Əzizov böyük təmirə başlayır

Eldar Əzizov böyük təmirə başlayır

Tarix:

29-06-2019, 11:24

/ 905 dəfə oxundu.
Eldar Əzizov böyük təmirə başlayır

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edib.
“Yeni Sabah” xəbər verir ki, tenderdə hansı işlərin həyata keçiriləcəyi nəzərdə tutulduğu açıqlanmayıb. Amma əldə etdiyimiz məlumata görə uzun onilliklər boyu təmir olunmayan binada köklü şəkildə təmirin həyata keçirilməsi gözlənilir. Binanın tarixi abidə olması və qədimliyinə heç bir zərər gəlməməsi üçün icra başçısı Eldar Əzizov bir sıra memarlarla bu haqda müzakirələr aparıb, onların təklif və tövsiyələrini dinləyib. Buna görə də təmir işləri zamanı binanın tarixi arxitekturasına zərər gəlməməsinə maksimum diqqət yetirmək tələb olunacaq.

Tender elanında isə iştirakçılara təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs- Əhməd Məmmədovdan, telefon-496-52-04) ala bilərlər:

İştirak haqqı 1000 manatdır.

Tenderdə iştirakın son müddəti 18 iyul 2019-cu il saat 17.00-dəkdir.

Şərhlər

XƏBƏR LENTİ