SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda hava sərinləşəcək

Azərbaycanda hava sərinləşəcək

Tarix:

28-06-2019, 18:00

/ 739 dəfə oxundu.
Azərbaycanda hava sərinləşəcək

Azərbaycanda iyunun ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-da bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 2-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Şərhlər

XƏBƏR LENTİ